Axşam saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.
Korrupsiya.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Qeyd edək ki, sözügedən filial Yasamal Yaşayış Kompleksinin ərazisində yerləşir.
***
Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.
Korrupsiya.az xəbər verir ki, məlumatda deyilir:
“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında baş vermiş yanğınla bağlı nazirliyin 112 xidmətinə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub”.