Dünən vətəndaş şikayəti ilə bağlı Korrupsiya.az informasiya agentliyinə ünvanlanan vətəndaş şikayətini dərc etmişdik.

Çox keçmədi ki,Korrupsiya.az saytında dərc edilən məqalədən sonra  tələbələrdən yığılan rüşvətlər elə səhəri günü, valideynlərə təcili şəkildə geri qaytarıldı. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki,kollec rəhbərliyi sözün əsl mənasında təşvişə düşüb.Belə ki, saytımızda dərc edilən məqalədən sonra, şöbə müdiri Babayeva Solmaz kolleciin direktoru İqbal Əmərullayevin göstərişi ilə  tələbələrə Korrupsiya.az  saytının sosial şəbəkələrdəki hesablarını təcili şəkildə xoş rəylər yazaraq çirkin əməllərini təmizləsinlər və, səhifəni şikayət etsinlər tapşırıqı verilib.

Tələbələr isə öz təhsil ocaqlarını itirməmək üçün məcburi şəkildi kollecin şöbə müdiiri Babayeva Solmaz və kollecin direktoru İqbal Əmənullayevin çirkin rüşvətxor əməllərini sözün əsl mənasında ört basdır etmək istəyirlər.

Lənkəran Tibb Kollecinin direktoru İqbal Əmənullayev və şöbə müdiri Babayeva Solmaz barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsinə Korrupsiya.az informasiya agentliyi olaraq sorğu göndəriləcək

İnanırıq ki, bu şəxslərlə bağlı müvafiq araşdırılma aparılıb ictimaiyyətə məlumat veriləcək.

Görünın tərəfi odur ki, ölkə mətbuatını susdurmaq istəyən bu şəxslər  rüşvətlə bağlı ittihamlara don geydirməklə özlərinə bəraət qazandıracaqlarını zənn edirlər.

Mövzunu diqqətimizdə saxlayacaqıq

 

 

Paylaş