Sinqapurda Çinin “Sinovac Biotech” şirkətinin koronavirusa qarşı vaksini ilə peyvənd olunan şəxslərin sayı ümumi milli peyvənd sayından çıxarılacaq.

Korrupsiya.az xəbər verir ki, Sinqapurun Səhiyyə Nazirliyinin məlumatına görə, “Sinovac Biotech” şirkətinin “CoronaVac” adlı vaksini ilə peyvənd olunan Sinqapur vətəndaşları tam peyvənd olunmuş şəxslərin yer aldığı milli siyahıya salınmayacaq. Buna səbəb isə Sinqapur rəhbərliyinin sözügedən bu vaksinin təhlükəsizliyi və effektivliyi barədə hələ də məlumat əldə etməməsidir.

Nazirlik, həmçinin əlavə edib ki, ümumi milli peyvənd siyahısına yalnızca “Moderna” və “Pfizer-BioNTech” vaksinləri ilə peyvənd olunmuş şəxslər daxil ediləcək. Hər iki vaksin kliniki sınaqlarda simptomatik xəstəliklərə qarşı 90%-dən çox effektivlik nümayiş etdirib. “Sinovac” isə sınaqlarda 51%-dən təqribən 84%-ə qədər effektivlik göstərib.

“CoronaVac” vaksini ilə peyvənd olunan şəxslər də COVID-19 testi verməli olacaqlar.

Paylaş