“Ermənilərə Fransa, Amerika, Rusiya kimi dövlətlər dəstək verir və onlar bu cür təxribatlar törədirlər. Milyardlarla silahı təmənnasız onlara kim verir?”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. Millət vəkili ermənilərin sülh danışıqlarını uzatmaq üçün sərhəddə təxribat törətdiyini bildirib:

“Ermənilərə Fransa, Amerika, Rusiya kimi dövlətlər dəstək verir və onlar bu cür təxribatlar törədirlər. Milyardlarla silahı təmənnasız onlara kim verir? Amerikanın səfiri ermənilərin müdafiə naziri ilə atışma olan yerə gəlmişdi, səfirin atışma gedən yerdə nə işi var?. Birincisi sülh danışıqlarını uzatmaq istəyirlər. İkinci tərəfdən də insanları qorxu altında saxlamaq istəyirlər ki, yerlərinə qayıtmasınlar. Axı insanlar öz yerlərinə qayıtmaq istəyirlər. Təbii ki, sərhəd bölgəsindəki kəndlərə qayıtmağa qorxacaqlar. Hər gün atışma gedir. Fransanın səfiri də qeyd etdi ki, ATƏT yenidən işə qarışmalıdır. Bununla onlar istəyir ki, vaxtı əlavə olaraq otuz il də uzatsınlar. Ancaq inanmıram ki, onlar ATƏT-i işə cəlb edə bilərlər. Çünki möhtərəm Prezident onlara dedi ki, Dağlıq Qarabağ, status sözü yandı, yəni cəhənnəmdədir. O cümlədən də ATƏT də cəhənnəmdədir”.

Qeyd edək ki, iyulun 28-i gecə saatlarından ermənilər Kəlbəcər istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmağa başlayıblar. Azərbaycan Ordusu düşmənin üç hərbçisini məhv edib, iki hərbçisi isə ağır yaralanıb.

Paylaş