44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkənin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş Nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ziyan görmüş evlərin bərpası üçün cənab prezident göstəriş vermişdir.

Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində dağılan və zərər görən fərdi yaşayış evlərindən biridə,Tərtər sakini Bəbişov Namiq Semil oğlunun evidir.

Vətəndaş Korrupsiya.az informasiya agentliyinə müraciət edərək bildirmişdir ki, döyüşlər zamanı həyətimə Ermənilər tərəfindən atılmış top mərmisi düşüb,top mərmisinin valnasından ətraf qonşularımın evlərinədə, mənim evim kimi ciddi ziyan dəyib. Hadisədən sonra biz dərhal  ANAMA əməkdaşlarına xəbər verdik,ANAMA əməkdaşları gəlib həyətimə baxış keçirdikdən sonra top mərmisini zərəsizləşdirərək götürdülər.

Mənim əziyyətlə tikdiyim evim isə yararsız halda olaraq ciddi çatlar əmələ gəlib,evin divarları tavandan ayrılıb. Evim uçmaq təhlükəsi ilə üz üzədir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinə dəfələrlə müraciət etsəmdə mənim evimi təmir etməkdən boyun qaçıraraq süni maneələr yaradırlar. Son dəfə evimə gələn əməkdaşlar evimin vəziyyətinə görə dövlət büdcəsindən 60 azn vəsait təklif edirlər,bu məbləğ isə heç fəhlə pulu etmir.

Məni intihar həddinə çatdırıblar,belə məmurlar dövlətini sevən biz vətəndaşlarıni dövlətdən incik salırlar.

Maraqlısı odur ki, vətəndaşın həyətinə düşən top mərmisinin valnasından  yüngül zərər görən qonşuların evi təmir olunub.Amma top mərmisi atılan evə isə, heç bir dövlət yardımı ayrılmayıb.

Vətəndaşın müraciəti: Mətbuat vasitəsi ilə, möhtərəm prezident İlham Əliyev cənablarına 1ci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edirik, bu qurumların özbaşınalıqından bizlərin canını qutarsınlar.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlasaqda qurumdan zənglərimizə cavab verən olmadı.

Mövzunu diqqətimizdə saxlayacaqıq !

Paylaş