Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib.
Korrupsiya.az İnterfaks-a istinadla xəbər verir ki, Nikol Paşinyan Qarabağla bağlı danışıqlar və regional vəziyyətin həlli üçün belə bir görüşün vacibliyini vurğulayıb.

Hökumət iclası zamanı Paşinyan Ermənistanın Azərbaycanla yüksək səviyyədə danışıqlar prosesində iştirak etməyə hazır olduğunu bildirərək, Ermənistan tərəfinin konkret təkliflər gözlədiyini qeyd edib.

Paylaş