Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub.

“Report”un xəbərinə görə, iş üzrə Xarici İşlər və Maliyyə nazirlikləri zərərçəkmiş kimi çıxış edəcəklər.

Qeyd edək ki, Eldar Həsənovun cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Paylaş