Taliban” hərəkatının Əfqanıstana ələ keçirməsindən sonra ölkədə xaos yarandığı bildirilir.
Korrupsiya.az Əfqanıstanın yerli mətbuatına istinadən xəbər verir ki, Qəndəhardakı bir stadionda dörd tanınmış Taliban komandiri asılıb. Komandirlərdən birinin General Rezak kimi tanınan Haşim Rekvala olduğu deyilir.
Hazırda ölkənin əyalətlərində belə “Taliban” Əfqanıstan bayrağını endirib öz bayrağını asıb. Nangarhar əyalətində isə “Taliban” bayrağına qarşı etiraz aksiyası keçirilib. Belə ki, Nangarhar əyalətinin Cəlalabad şəhərində “Taliban” bayrağı yerinə Əfqanıstan bayrağının yenidən asılmasını tələb edən etirazçılar küçələrə axışıblar. Əfqanıstan bayraqları ilə yürüş edən nümayişçilərə “Taliban” yaraqlılarının müdaxilə etdiyi, silahlı atəş nəticəsində 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib.
Paylaş