Avropa dövlətləri diplomatlarını və əfqan müttəfiqlərini Kabildən çıxarmağa çalışarkən paytaxtda vəziyyətin normala dönməsi haqda xəbərlər gəlməkdədir.
Korrupsiya.az “Euronews”a istinadən xəbər verir ki, Talibanın Əfqanıstandakı fəaliyyətini uzun illərdir, izləmə təcrübəsinə malik olan əfqan jurnalist Fazil Qazizai Talibanın Kabilə daxil olduğu gün insanların panikaya düşdüyünü deyib. Jurnalistin sözlərinə görə, insanların bu narahatlığı Talibanın onlarla hansı şəkildə davranmasını bilmədiklərindən irəli gəlirdi.
Fazil Qazizai vəziyyətin indi normallaşdığını, Talibanın onlara dostca münasibət göstərdiyini bildirib:
“İnsanlar Taliban üzvləri ilə şəkil çəkdirmək, söhbət etmək istəyir. Onlar taliblərlə zarafat edir, əylənməyə çalışır. Düşünürəm ki, bu Talibanın narahatlıq yaratmamaq üçün tətbiq etdiyi yeni strategiyasıdır. Ən azından indiki dövr üçün qadın hüquqları ilə bağlı hansısa problem yaranmayıb, qorxu yoxdur”.  
Bundan başqa Taliban qüvvələri Əfqanıstanda qadınları çadra geyinməyə, küçəyə çıxarkən yanlarında mütləq kişi olmasına məcbur etmir, taksidə xüsusi oturacaq ayırmırlar.
Jurnalist bildirib ki, Taliban musiqi ilə bağlı hansısa qadağa da tətbiq etməyib:
“Taliban musiqi məsələsinə də qarışmır. Bəzi oğlan uşaqları avotomobildə mahnıya qulaq asır. Bacımın biri həkim, biri müəllimədir və ikisi də Talibanın bizim üçün tətbiq edəcəyi strategiyadan narahatdırlar. Lakin onlar Talibanın nəzarət etdiyi bölgələrdəki qadınlarla əlaqə saxlayıblar və indi gələcəyə daha nikbin baxırlar”- deyə, F.Qazizai bildirib.
Lakin Əfqanıstanın Cəlalabad şəhərində Taliban döyüşçülərinin etirazçı dəstəsinə atəş açdığı bildirilir. Həmçinin cənub-şərqdəki Xost şəhərində nümayişlər barədə xəbərlər yayılıb.

Qazazaiyə görə, əksər ictimai xidmətlər işləmir – banklar və əsas birja bazarı hələ də bağlıdır və Əfqanıstanda həyat daha da çətinləşəcək: “Banklar bağlandıqda, dolların məzənnəsi olduqca yüksəkdir – indi 1 dollar 90 Afsdən çoxdur. Bu da qida, benzin, yağ və digər məhsullara birbaşa təsir edir”.

Qazizai Talibanın dövləti idarə edə bilməsi ilə bağlı suala belə cavab verib: “Taliban Kabili ələ keçirməzdən əvvəl və onların nəzarətində olan ərazilərə getdim. Onlar polisə, müxtəlif idarə orqanlarına və ədliyyəyə nəzarət edə bilirdirlər. Ədalət hər şeydən daha vacibdir. Bir şey aydındır ki, hər şeyi özləri idarə edə bilməzlər. Onların idarə edəcəyi bir totalitar sistem ola bilməz. Bunu etsələr böyük problemlər yaşanar, iş çatışmazlığı və ehtiyac duyacaqları çox şey olar”.
Jurnalist ailəsinin və özünün Kabili tərk etmək istədiyini desə də, hələlik Əfqanıstanda qalacağını bildirib:
“Avropanın narahatlığı Talibanın Kabili ələ keçirməsindən əvvəl sahib olduğumuz narahatlıqla eyni idi. Qəddar bir müharibədən, Talibanla olan haqsız razılaşmadan və Talibanın insanların arxası ilə gəlməklərindən narahat idim.
Beləliklə, Qərbin bütün narahatlığı bizimlə bağlı idi. Amma Taliban Kabilə bizim üçün və dünya üçün fərqli və yaxşı strategiya ilə gəldi. Lakin bu strategiyanın uzun müddət qüvvədə olacağından əmin deyiləm. Strategiya uzun müddət davam etsə əla olar. Lakin bu sadəcə, əfqanların qəlbini və zehnini ələ keçirməyə yönələn üsuldur, hər şey sabit olduğunda Taliban dəyişə bilərmi? Mən sadəcə indiki vaxtdan danışa bilərəm”.
Bu arada çərşənbə günü ölkəni tərk etmək istəyən minlərlə şəxsin hava limanına üz tutduğu və yüzlərlə şəxsin Fransa səfirliyi yanında düşərgə qurduğu üçün Kabildəki beynəlxalq hava limanının yaxınlığında xaos olduğu bildirilib.
Əfqanıstandakı bir çox şəxs Talibanın şəkil dəyişdirməsinə inanır, lakin onların nəzarəti altında yaşam risklərinin olmasını da istisna etmirlər. Ancaq Qəzazai belə məqamda da nikbin olduğunu söyləyib:

“Taliban zor gücü ilə Kabilə gəldi, hər kəsi yendi. Əgər Taliban totalitar rejimi və İslam əmirliyinin yaranmasını istəsəydi, onun qarşısında kimsə dura bilməzdi. Əgər vədlərinə sadiq qalsalar, yeni hökumətin yaranmasını müzakirə etsələr və əfqanlara da bu hökumətin formalaşmasında iştirak haqqı versələr o zaman yaxşı gələcəək və yaxşı idarəçilik üçün şansımız olacaq”.

Paylaş