Kabil hava limanı yaxınlığında törədilən partlayış nəticəsində ölən 103 nəfərdən azı 28-i “Taliban” hərəkatının üzvüdür.

“Reuters” agentliyi bu barədə “Taliban” rəsmisinə istinadən məlumat yayıb.

“Biz amerikalılardan daha çox insan itirmişik”, – deyə adı açıqlanmayan “Taliban” rəsmisi bildirib.

Xatırladaq ki, avqustun 26-da Kabil aeroportunun yaxınlığında iki terror aktı törədilib.

Son məlumatlara görə, hücumda 13-ü ABŞ əsgəri olmaqla 103 nəfər həyatını itirib.

Paylaş