– “”Zehra mebel onlayn” mebel sexi Əhmədlidə yerləşir. Sexin rəhbəri İlkin və ustası Taleh adlı şəxslər bir çox müştərini aldadıb”. DİA.AZ bildirir ki, bu barədə Rəcəb Əlizadə adlı istifadəçi “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında qeyd edib.
Daha sonra narazı vətəndaş yazır: “”İlkin mebelin yarı qiymətini beh kimi alıb, yoxa çıxır. Taleh adlı ustası isə sizi aylarla yola verir. Diqqətli olun ki, sizi də aldatmasınlar.
Bir dəfə profilimdə xəbərdarlıq kimi paylaşdım ki, belə dələduzlardan camaat agah olsun. Ondan sonra şikayətlərin sayi daha da artdı. Sən demə, ölkənin hər yerindən müştəriləri aldadıblar.
İşləri polisdədir. Amma İlkin adlı başçı fırıldaq ölkədən qaçıb deyirlər. Ümid edirəm, polis bu barədə bir ölçü götürəcək”.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…