İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb. Oradakı meyitlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır”.

Korrupsiya.az -ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir: “Azərbaycan götürdüyü əsirlərlə beynəlxalq qanunlara uyğun davranır. Azərbaycan eyni zamanda əsirlərin ailələri ilə əlaqə saxlanması üçün şərait yaradır. Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”.

Paylaş