“Rusiya sülhməramlıları mütəmadi döyüş təlimləri çərçivəsində şərti düşmənin pilotsuz təyyarələrdən istifadə edərək mümkün pozuntularının qarşısını almaq və Dağlıq Qarabağın Laçın dəhlizindəki müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədilə təlim keçirib. Məşğələlər 6 tədris ərazisində keçirilib.

Təlimlərin əsas məğzi müşahidə məntəqəsinin məsul olduğu ərazidə pilotsuz uçuş aparatını (PUA) aşkar etmək və qapalı rabitə kanalları vasitəsi ilə Rusiya sülhməramlı kontingentinin komandanlıq məntəqəsinə məlumat ötürülməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi idi…”

Moderator.az xəbər verir ki, bu cümlələr Rusiya Müdafiə Nazirliyinin(MN) rəsmi saytının Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin fəaliyyəti haqda 30 avqust Bakı vaxtı ilə saat 06:00-a olan məlumatındandır.

Zəruri şərh:
Göründüyü kimi, Rusiya MN növbəti dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik edərək “Dağlıq Qarabağın Laçın dəhlizi” ifadəsini işlədir.
Azərbaycan PUA-larının Laçın dəhlizi və Rusiya hərbçilərinin nəzarətində olan digər əraziləri üzərində uçuşuna icazə verilib-verilməməsi haqda rəsmi məlumatımız yoxdur…

Paylaş