Ermənistanın cənubundakı Sünik bölgəsində Gorus-Qafan yoluna alternativ olaraq yeni magistral çəkilir.
Korrupsiya.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyi yanında “Yol Departamenti” qurumunun mətbuat xidməti bildirib. Qeyd edilib ki, İrana alternativ yol “Azərbaycan polisinin hərəkətləri nəticəsində yaranan çətinliklər nəzərə alınmaqla” qurulur. 68 kilometrlik Tatev-Ağvani yolunun 25-68 kilometr arasında olan hissəsi təmir olunur, qalan hissə isə asfaltlanıb.

Magistralın gündəlik ötürmə qabiliyyəti 1500-4500 avtomobil olacaq. Lahiyənin dəyər 5,1 milyard dram (10 milyon dollardan çox) təşkil edir.
Paylaş