Azərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı geri qaytarılıb.
Korrupsiya.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb. Bildirilir ki, iki Ermənistan vətəndaşı bu gecə saat 23:45-də ölkələrinə təhvil verilib.
Qeyd edək ki, Ermənistan MTX-nin Mətbuat Mərkəzinin məlumatına görə, sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.