“İşğaldan azd edilmiş torpaqlara qayıdış yaxınlaşır və proses mərhələli şəkildə həyata keçiriləcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışının mümkün tarixi haqda sualı cavablandırarkən Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, qayıdışın reallaşması bir sıra şərtlərdən asılıdır:
“İlk növbədəqayıdılacaq ərazilərin təhlükəsizliyi təmin olunmalı, bu yerlər minalardan təmizlənməlidir. Ardınca həmin ərazilərdə yaşayış üçün evlər tikilməli, müəyyən iş yerləri yaradılmalı, infrastruktur formalaşmalıdır. Qayıdış üçün kommunal infrastrukturun qurulması mühüm amillərdəndir ki, hazırda bu istiqamətdə də gərgin iş gedir”.
E. Məmmədov qayıdış prosesinin mərhələli şəkildə həyata keçiriləcəyini deyir: “Qayıdışın özü də mərhələli şəkildə olacaq. İlk növbədə Şuşa, Ağdam, Füzuli və Zəngilanın “ağıllı kənd”inə mərhələli qayıdış başlanacaq”.
Paylaş