FILE - In this March 31, 2020, file photo, Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran. A British-Australian academic serving a 10-year sentence for espionage in Iran has been moved to a notorious prison where concerns for her well-being have escalated, the Australian government confirmed Wednesday. (AP Photo/Vahid Salemi, File)
“Prezident “bizim addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır” deyərək topu İranın meydanına atdı. Yəni rəsmi Tehran bundan sonra hansı addımı atsa, rəsmi Bakı buna səssiz qalmayacaq və İranın addımlarını dostluq indeksinə görə qiymətləndirib elə cavab verəcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli ötən gün Prezident İlham Əliyevin “Anadolu” agentliyinə verdiyi müsahibəsində İranla bağlı qeyd etdiyi məqamları şərh edərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Anadolu” agentliyinə verdiyi müsahibə əvvəlki müsahibələrindən müəyyən mənada fərqlənirdi:
“Ölkə başçısının İranla bağlı vurğuladığı məqamlar həm rəsmi Tehranın Bakının əsəblərini tarıma çəkdiyini, həm də ölkə başçısının mövcud vəziyyətlə barışmaq niyyətində olmadığını bir daha sübut edir. Xüsusilə, Prezidentin “hər ayın əvvəlində, bizdə məlumat toplanır ki, nə qədər İran TIR-ı Qarabağa daxil oldu, nə qədər TIR çıxdı, nə gətirdi, nə apardı. Onların qeydiyyat nişanlarına qədər bizdə bütün məlumatlar var. Onlar mətbuatda dərc olunub” sözləri ciddi mesaj xarakterli idi”.
Politoloqun sözlərinə görə, ölkəmizin İrana münasibəti onların sərgilədiyi münasibətlə paralellik təşkil etməlidir:
“Tehran Bakı ilə mövcud gərginliyi aradan qaldırmaq istəyirsə, ilk növbədə Qarabağa təşkil edilən səfərləri dayandırmalı və ya bundan Bakını xəbərdar etməlidir. Əks təqdirdə Prezidentin də dediyi kimi, “birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar”.
Paylaş