Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilməsi ilə bağlı məsələyə AMEA-nın münasibəti bəlli olub.
AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektoruna müdiri Leyli Namiqqızı Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı heç bir açıqlama verilməyəcək:
“Hər başdanxarab durub bir şey yazacaq və bu boyda akademiya ona cavab vermək məcburiyyətində deyil”.
Qeyd edək ki, vəkil Aqil Layıc bildirib ki, AMEA-nın işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.
Məlumata görə, öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.
“Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”, – A.Layıc qeyd edib.
Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.