Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Ə.Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada kustar üsulla hazırlanmış 170 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş