…Özünü “Yeni İctimai Nəzarət”adlı təşkilat rəhbəri kimi cəmiyyətə təqdim edən, “Tale qadın” ictimai təşkilatın təsisçisi tanıdan, dəfələrlə məhkəmə hökmü ilə azadlıqdan məhrum edilən Ramil Şükürov dünən- 24 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə məsuliyyətə cəlb edilib. Hansı ki, qanunun həmin maddəsinin sanksiyası belədir: «İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”

Eləcə də: «Maddə 315. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə;

315.1. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə –

-3 (üç) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə –

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».

Göründüyü kimi, Azərbaycan qanunvericiliyində bu kimi qanunsuz hərəkət edənlərə Azərbaycan Respublikasının İXM-nin tələblərinin pozulmasına görə inzibati qaydada cəza, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. Bu gün adı yüzlərlə dələduzluq, vəzifəli şəxslərə qarşı hədə-qorxu yolu ilə zor tətbiq etmə, rüşvət alma və ya istəmə, dövlət atriburlarını (rəmzləri) saxtalaşdıraraq “Qadin Tale” ictimai birliyin adi altında bu adı İB üzvlərinin geyimlərində əks etdirən, Türkiyənin Prezidenti hörmətli Rəcab Tayyib Erdoğanın fotosunu kollaj edərək Prezident İlham Əliyevlə əl görüşmə səhnəsini özü ilə eyniləşdirib montaj edən bir saxtakardan başqa nə gözləyəsən?

 

Bu gün isə bu saxtakara Masallı rayon Məhkəməsi (25.10.2021-ci il tarixdə, 11:00 radələrində) 8 sutka inzibati həbs qərarı çıxarmasına nə ad vermək olar? Deməli, 8 gündən sonra o, yenidən köhnə şakərinə könül verəcək. Onda kim məsuliyyət daşıyacaq??? Yəqinki onun müqavimətinə məruz qalmış polis əməkdaşları apellyasiya şikayəti verərək məhkəmə qərarının dəyişdirilməsinə nail olacaqlar.

Biz müstəqil jurnalist komandası olaraq, Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq.

Dirnaqarası təşkilat sədri qanun-qayda tələb olunanda dövlət məmuruna güc tədbiq edirsə, adıçəkilən qurum üzvlərinin ictimaiyyətə qarşı da davranışları oxşar olmalı deyilmi? Bəs belə bir dırnaqarası təşkilatı kim müdafiə edir??? Dövlət atributlarından və simvollarından qanunsuz istifadə edərək şəxsi mənafe naminə özünə reklam bazası yaradan belə bir təşkilatı himayə edənlər cənab Prezidentin 30 illik tarixin zibilxanası adlandırdığı 5-ci kalon üzvləri və 2015-ci ildən ölkə baçcısının bir cağırışı ilə 6 ildir daima dövlətə, dövlətciliyə dəstək olan İctimai Nəzarət Koalisiyasının fəaliyyətinə kölgə salmırlarmı? Bu niyyətli dövlət məmurlarının gözəgörünməz dəstəyi ilə yuxarıda qeyd etdiyim idarəçi heyət də sərbəst şəkildə istədiklərini edir.

Təbii ki, son sözü hüquqları belə bir saxtakar təşkilat rəhbəri tərəfindən pozulan polis əməkdaşları deməlidirlər. Gözləyək. Qarşıda Masallı rayon Məhkəməsinin bəlli qərarından apellyasiya şikayəti vermək üçün hələki vaxt var.

Zaur Salamlı,

(pravdainfo.org)

Paylaş