Minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları müəyyənləşib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı “Dövlət rüsumu haqqında”qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda – mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda – 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda – 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq