Yer kürəsinə 330 metrlik asteroid yaxınlaşır

Yer kürəsinə 330 metrlik asteroid yaxınlaşır

Dekabrda Yer kürəsinə uzunluğu 330 metr olan asteroid yaxınlaşacaq.

Korrupsiya.az xəbər verir ki, bu barədə Amerika kosmik agentliyi (NASA) məlumat yayıb. Bildirilir ki, “4660 Nereus” adlandırılmış səma cismi futbol meydançasından 3 dəfəyədək böyükdür və “potensial təhlükəli asteroid” kimi təsnif olunur.

Qeyd edək ki, asteroid 11 dekabrda Yerə yaxınlaşacaq və planetdən 3,9 milyon kilometr məsafədən uçacaq. Məlumata görə, o planetimiz üçün təhlükə yaratmır.

Asteroid 1982-ci ildə amerikalı astronom Eleonora Helin tərəfindən kəşf olunub. Səma cismi Yerin traektoriyasıyla kəsişən “Appolon” asteroidlər qrupuna daxildir.

Paylaş