AQTA əməkdaşları tərəfindən Gəncə şəhəri, Məhrəsə bağı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədova Gülüzar Şahmar qızına məxsus “Şəms” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə Korrupsiya.az-a AQTA-dan məlumat verilib.
Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.