Meksikanın mərkəzində silahlı şəxslərin evə hücumu nəticəsində 5 nəfər ölüb.  

Korrupsiya.az xəbər verir ki, hadisə Quanaxuato əyalətinin Apaseo El Qrande şəhərində baş verib. Silah səslərinə  əraziyə polis cəlb olunub.

Polislər evdə 3-ü qadın olmaqla 5 nəfərin evdə ölü tapıldığını, 8 aylıq körpənin isə qolundan yaralandığını bildirib. Yaralı körpə xəstəxanaya yerləşdirilib.  Cəsədlər  isə  tibbi ekspertizaya göndərilib.

Məlum olub ki,  ölən şəxslər  narkotik maddə istifadə ediblər. Faktla bağlı  araşdırma aparılır.

Paylaş