Azərbaycan gömrük əməkdaşları ölkənin Cənub sərhədində növbəti uğurlu əməliyyat həyata keçirib.

Korrupsiya.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.

“Əməliyyatçılarımızın peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə – heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”, – deyə o qeyd edib.

Paylaş