“Paşinyanın keçmiş müavini Suren Papikyanın Ermənistanın müdafiə naziri postuna təyinatı müvəqqəti xarakter daşıyır”. 

Korrupsiya.az xəbər verir ki,  bunu  “Joxovurd” qəzeti yazıb.  Nəşrin məlumatına görə, Paşinyan Papikyanı Müdafiə Nazirliyinin daxilində  baş verən  hadisələri daha tez öyrənmək məqsədi ilə  göndərib.

“Nəticədə nazirliyin sarsıdılması prosesi başlayacaq və həmin proses nəticəsində hətta Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar da daxil olmaqla, yüksək rütbəli şəxslər işdən çıxarılacaq”, – deyə  qəzet  yazıb.

Paylaş