Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Bununla bağlı Korrupsiya.az“ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda istintaq aparılır.
Murad İbrahimli
***
09:59
Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə “Unikal”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.