Ədirnənin Lalepaşa rayonunda immiqrantları daşıyan mikroavtobus aşıb. 

Korrupsiya.az” xəbər verir ki, Sazlıdərə bölgəsində baş verən qəza nəticəsində 16 nəfər yaralanıb.

Bildirilib ki, təxminən 33 nəfərin olduğu mikroavtobusda qeyri-qanuni yollarla ölkəyə daxil olduqları təsbit edilən immiqrantların olduğu müəyyən edilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

 

Paylaş