Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Korrupsiya.azın məlumatına görə, hadisə Ağdaş şəhəri Cəfər Cabbarlı küçəsi 2 ünvanında baş verib.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova,  1974-cü il təvəllüdlü Məmmədova Məryəm Seyfəddin qızı  eləcə də nəvələri 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu mətbəxə quraşdırılmış pitiminutka sobanın buraxdığı  dəm qazından zəhərlənərək xəstəxanalıq olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş