Bakı şəhərində orta yaşlı qadın küçəyə atılıb.
Korrupsiya.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə özünün “Facebook” hesabında paylaşım edib.
Küçəyə atılan qadının Nərimanov rayonu, Hidayətzadə küçəsi 51 ünvanından olduğunu qeyd edən Kəmalə ağazadə qadının ayda bir neçə dəfə küçəyə atıldığını bildirib.
“Bildirilib ki, qadının əlilliyi var. Neçə gecədir orda gecələyir”, deyə Kəmalə Ağazadə paylaşımında vurğulayıb.
Təşkilat rəhbəri sözügedən məsələnin araşdırılması üçün aidiyyəti qurumlara səslənib.

Paylaş