Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Korrupsiya.az a verilən məlumata görə, Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mercedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyat hissələrinin oğurlandığını bildirib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Bəydili kənd sakini Telman Məmmədov və qardaşı Təhməz Məmmədov olduqları müəyyən edilib.

Paylaş