“Vətəndaş Şüuru” QHT-nin sədri, “AntiFake.am” saytının təsisçisi Narek Samsonyan xüsusi polis  dəstələri  tərəfindən həbs edilib.

Korrupsiya.az  xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat paylaşıb.

“Narek Samsonyanın tutulması prosesində 10-15 polis iştirak edib. Binanın həyətində 5-ə yaxın polis maşını olub”, – deyə  yerli mətbuatda qeyd olunub.

Xəbər saytının rəhbərinin hansı səbəbdən həbs edildiyi hələlik bəlli deyil.

 

Paylaş