Türkiyənin Afyonkarahisar şəhərinin Çay rayonu ərazisində sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Korrupsiya.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Pınarkaya kəndində baş verən avtobus qəzasında 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Çay Dövlət Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş