Rusiyanın Birbaşa İnvestisiyalar Fondu “AstraZeneca” və “R-Farm” “AstraZeneca” şirkətinin vaksininin və “Sputnik V” peyvəndinin birinci komponentinin (Sputnik Light) birgə istifadəsinin təhlükəsizliyinə dair kliniki sınaqların ikinci fazasının aralıq nəticələrini elan edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, araşdırma həm Rusiyada, həm də Azərbaycanda 100 könüllünün iştirak ilə həyata keçirilib.

Araşdırma zamanı preparatların kombinasiyası optimal təhlükəsizlik nümayiş etdirib. Bu isə “AstraZeneca”, “Sputnik V” və “Sputnik Light” peyvəndlərinin təhlükəsizliyinə dair əvvəl həyata keçirilən klinik sınaqların nəticələrinə uyğundur.

 

Paylaş