Bakı metropoliteni daha 4 qatar tərkibi alıb.

Korrupsiya.az xəbər verir ki, bu barədə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, artıq yeni qatarlar Rusiyanın “Metrovaqonmaş” şirkətinə sifariş verilib.

“Qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq”.

Paylaş