Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Toplantısında iştirak edib.
Korrupsiya.az xəbər verir ki, iclasda Rusiya və Ukrayna böhranı müzakirə olunub. Belə ki, Reznikov, mətbuat konfransında Ukraynanın sərhədlərində quru, hava və dəniz qüvvələri olaraq cəmi 147 min rus əsgərini izlədiyini söyləyib.
“Biz Rusiya qoşunların çıxarılmasını və ya sayların azaldılmasını görmürük”, – deyə Reznikov hərəkətdə olan rus qoşunlarının çox qısa müddətdə əvvəlki mövqelərinə qayıda biləcəyini və istənilən ssenariyə hazır olduqlarını bildirib.
Reznikov Rusiyanın eyni vaxtda Ukraynanı qurudan və dənizdən döndərə, Donbas bölgəsində münaqişələri gücləndirə və kiberhücumlar kimi digər təzyiq vasitələrindən istifadə edə biləcəyini vurğulayıb və bu hərəkətlərin məqsədinin ölkənin istiqamətini Avropa İttifaqından döndərmək olduğunu bildirib.