Bu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində müəyyən olunub. Hazırda neftin qiyməti 100 dollara yaxındır. Dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2022-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsi gözlənilirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bununla bağlı Korrupsiya.az a açıqlamasında bildirib ki, dövlət büdcəsində yenidən baxıla bilər.

Deputat qeyd edib ki, əvvəl may ayında büdcəyə baxılıb, əlavə və düzəlişlər edilirdi:

“İndi də ola bilər ki, büdcəyə yenidən baxılsın. Bu artıq hökumətin mövqeyindən asılıdır. Büdcə gəlirləri əsasən Dövlət Neft Fondundan formalaşır. Əlavə vəsait sərf olunacaq sahələr varsa, ola bilər vəsait ayrılsın”.

Paylaş