Mərmi atəşindən sonra Kiyev vilayətinin Belotserkovski rayonunun Olşanitsa kəndində sursat anbarında yanğın baş verib”. 

Korrupsiya.az xəbər  verir ki,  bu barədə  Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Saat 06:30-a olan məlumata görə, sursat anbarında yanğın baş verib. Ukrayna Milli Qvardiyasının Novie Petrovtsi kəndindəki qərargahı yandırılıb”, – Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.

Çerniqov rayonunun Nejinskaya kəndinin komanda-dispetçer məntəqəsinin atəşə tutulması nəticəsində Milli Təhlükəsizlik Xidmətinin 3 əməkdaşı yaralanıb.

Paylaş