Rusiyada yaşayan çox sayda soydaşımız Azərbaycanda olan ailə üzvlərinə, yaxınlarına pul göndərir”.
Bunu Korrupsiya.az a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Deputat bildirib ki, rəqəmlər müxtəlif olsa da, bəzi qiymətləndirmələrə görə, əvvəllər həmin vəsait təqribən 2 milyard dolların ətrafında idi:
“Son illər bu rəqəm xeyli azalıb. Müxtəlif qiymətləndirmələrə görə, ölkəmizə xaricdən hər il göndərilən təqribən 1,2 milyard dollar vəsaitin yarıdan çoxu Rusiyanın payına düşür. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Rusiya iqtisadiyyatının qarşılaşdığı problemlər bu ölkədə işləyən azərbaycanlıların ailərinə göndərdikləri pul vəsaitlərinin də azalmasına səbəb olacaq. Ona görə də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarının yaratdığı və bundan sonra da yarada biləcəyi problemlərin mənfi təsirini daraltmaq, minimuma endirməkdən ötrü çoxvariantlı ssenarilər əsasında dərin təhlillər aparmaq lazımdır. Bunun əsasında sistemli qabaqlayıcı və yumşaldıcı tədbirlərin görülməsinə ehtiyac var. Sanksiyaların biznes mühitinin pisləşməsinə təsiri gücləndikcə, bu, Rusiyada işləyən soydaşlarımızın bir hissəsinin iş yerlərini itirməsinə və ya gəlirlərinin azalmasına təsir göstərəcək”.