Martın 14-nə keçən gecə Rusiya Hava Kosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatını, o cümlədən bir Bayraktar TB-2-ni vurub.

Korrupsiya.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, operativ-taktiki, ordu və pilotsuz aviasiya Ukrayna Silahlı Qüvvələrinin 187 obyektini, o cümlədən: iki komanda məntəqəsi, bir Buk-M1 zenit-raket kompleksi, bir istiqamətləndirici və hədəf radiolakasiya stansiyası,iki reaktiv yaylım atəşi sistemi, iki elektron döyüş stansiyası, iki sursat və yanacaq-sürtkü materialları anbarı, 31 hərbi texnikanın toplandığı yer məhv edilib.

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukraynanın hərbi infrastrukturunun 3920 obyekti sıradan çıxarılıb. İndiyə kimi 143 pilotsuz uçuş aparatı, 1267 tank və digər zirehli döyüş maşını, 124 reaktiv yaylım atəş sistemi, 457 səhra artilleriya qurğusu və minaatan, həmçinin 1028 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Paylaş