Britaniya Ukraynaya “Mastiff” və “Çaqqal” kimi zirehli texnikalar göndərmək planı hazırlayır. 

Korrupsiya.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Böyük Britaniya Müdafiə Nazirliyi “Mastiff” və ya “Çaqqal” kimi zirehli texnikaların verilməsi variantlarını nəzərdən keçirir.

Nəşrin yazdığına görə, Britaniya hərbçiləri təlimlər üçün qonşu Ukrayna ölkəsinə göndəriləcək.

Qeyd olunub ki, Böyük Britaniya yaxın günlərdə Ukraynaya əlavə dəstək, o cümlədən tank əleyhinə raketlər və zenit-raket kompleksləri göndərəcək.

Bundan əvvəl, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkə və müttəfiqlərinin Ukraynaya daha çox öldürücü silah göndərmək barədə razılığa gəldiyini bildirib

Paylaş