Məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub. Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb”.
Korrupsiya.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Komitə sədri bildirib ki, Azərbaycan uzun illər dünyada əhalisinin hər 10 nəfərindən 1-i qaçqın və ya məcburi köçkün olan yeganə ölkə olub:
“Bu kateqoriyadan olan insanların problemlərinin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılıb, həmin məqsədlə hər il 100 milyon manatlarla dövlət vəsaiti xərclənib”.