Bu gün Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasından 13 il keçir.
Korrupsiya.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
Nazir qeyd edib ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimiz iqtisadi əməkdaşlığımızın və biznes tərəfdaşlığımızın inkişafını daha da sürətləndirəcək.