Rusiya qüvvələrini paytaxt Kiyev yaxınlığından geri çəkdikdən sonra diqqət mərkəzinin böyük hissəsini Ukraynanın şərqinə yönəldib.

Korrupsiya.az  xəbər verir ki, sakinlərdən son hücumdan əvvəl bölgəni tərk etməyə çağırılıb.

BMT-nin məlumatına görə, münaqişə başlayandan bəri Ukraynada 11 milyondan çox insanın evlərini tərk etdiyi güman edilir.

Qonşu ölkələrə gedən 5 milyon nəfərlə yanaşı, daha 6,5 ​​milyon insanın müharibə şəraitində olan ölkənin daxilində köçkün düşdüyü güman edilir.

Qaçqınlar həmçinin qərbdəki qonşu ölkələrə, əsasən də Polşaya keçirlər.

BMT bildirir ki, aprelin 19-na kimi beş milyondan çox insan Ukraynanı tərk edib.

Polşa 2 milyon 825 min 463 qaçqını qəbul edib:

Rumıniya 757 047

Rusiya 549 805

Macarıstan 471 080

Moldova 426 964

Slovakiya 342 813

Belarusiya 23 759

Bəzi insanlar Moldovadan Rumıniyaya gediblər və bu səbəbdən qaçqınlar hər iki ölkənin ümumi siyahısına daxil ediliblər.

Paylaş