Ermənistanın hökumət binası yaxınlığında keçirilən etiraz aksiyalarında 11 nəfər tutulub.
Korrupsiya.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirək ki, səhər saatlarından İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Tələbələr universitetlərdə, müxalifət hərəkatlarının nümayəndələri isə Ermənistanın hökumət binaları qarşısında mitinqlər təşkil edirlər.