Yəqin ki, hər kəs Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin dövlət və dövlətçilik prinsiplərinə zidd olan, heç bir əxlaq kodeksinə sığmayan, başdan-ayağa şər-böhtan olan çıxışlarından xəbərdardır. Amma “əxlaq”dan danışan və özünü partiya sədri kimi cəmiyyətə sırımağa çalışan Əli Əliyevin ən böyük əxlaqsız olduğunu yəqin ki, çoxları bilmir. Bunu biz yox, Əli Əliyevin oğulluğu faktlarla ortaya qoyub.xəbər verir ki, Korrupsiya.az Kamran Cəfərov özünün Facebook səhifəsində atalığı Əli Əliyev haqda ilginc faktları açıqlayıb: “İlk növbədə deməliyəm ki, bu yazını yazmaq mənə təsəvvür etmədiyiniz qədər çətin oldu. Ona görə ki, bu, mənim qan sızan yaramdır və keçmişi xatırlamaq dərin yaraya düz səpmək kimidir. Amma həqiqətləri deməyin vaxtı çatıb. Əli Əliyev həbsxanadan yazdığı məktubda “əxlaq”, “əxlaq kodeksi” ifadələrini işlədib. Əxlaqdan danışacaq son insan bu gün “əxlaq dərsi” keçməyə çalışır. Keçə bilərmi? Bunun cavabını keçmişdə axtarmaq lazımdır…”
VİP sədrinin oğulluğu daha sonra fikirlərini belə davam etdirir: “Yəqin İlham Əliyevlə qohumluq əlaqələrimin olması heç kim üçün sirr deyil. Babam, Əziz Əliyevin bibisi nəvəsi idi. Mərhumların arasında çox isti münasibətlər vardı. Amma Əli Əliyevin atalığım olduğunu bilmirdiniz. Bu mənim üçün çox ağır həqiqətdir, 22 il davam edən ailəmin faciəsidir, babamın barışmadığı, buna görə qısa zaman ərzində 2 dəfə infarkt keçirdiyi və nəticədə rəhmətə getdiyi həqiqətdir. Mediada Əli Əliyev haqqında açıqlanan bir məqalədə vaxtında yaxın münasibətdə olan şəxs onu əməllərinə görə sorğulayarkən cavabından sitat gətirib: “Mən varlanandan sonra hər kəs hər şeyi unudacaq”. Bu həqiqətdir! Ailəmizə gəlməyinin məqsədi bu idi. Hakim ailə ilə qohum olmaq, toxunulmazlıq, maddi imtiyazlar… Və buna nail olmaq üçün Əli yolunda duran hər şeyi, hər kəsi məhv edirdi, istədiyinə də nail oldu. Heç bir əxlaqsızlıqdan, şərəfsizlikdən çəkinmirdi. Bununla fəxr edirdi. Üzümə “babanı mən qəbrə göndərmişəm” deyərək gülürdü”.Kamran Cəfərov əlavə edib ki, Əli Əliyevin yolunda tək bir şəxs qalmışdı, o da mən idim: “O bacardığını edirdi ki, məni “aradan götürsün” və nisbətən məqsədinə çatdı. Hansi şərəfsizliklərə və əxlaqsızlıqlara əl atdığını təsəvvür etmirsiniz. Fiziki zərər və həbsdən (bunları istəsə də sadəcə bacarmadı) başqa mənə bütün zərbələri vurdu, məni canlı meyitə çevirdi. Mən artıq elə çətin duruma düşmüşdüm ki, göz görə-görə əriyirdim. Sözün əsl mənasında ölürdüm və Əli məndən əl çəkmişdi. O sadəcə ölümümü gözləyirdi. Gördüyünüz kimi hesablamaları yanlış idi. Ayağda qalmaq üçün özümdə güc tapa bildim. Bir zamanlar məndən özünü çox güclü qoruyurdu, qorxurdu ki, onu öldürə bilərəm. Həqiqətləri açıqlamaqla Əlini mənəvi öldürəcəm. Əli Əliyev özünü bu gündən qoruyurdu, bacarmadı, bacarmayacaq da”.