Milli Məclisin bu gün keçirilən iclasında müharibə veteranlarına verilən müavinətin artırılması təklif olunub.
Korrupsiya.az xəbər verir ki, bu təkliflə deputat Siyavuş Novruzov çıxış edib.Deputat bildirib ki, müharibə veteranlarının aylıq təqaüdü 80 manatdan 130 manata çatdırılması yaxşı olardı.
“Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər”.
O qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları arasında fərq qoyulmamalıdır.