Ermənistanın “Müdafiə haqqında” qanunu qəbul edildikdən sonra Müdafiə Nazirliyində qapalı məsləhətləşmə olub, nazir Suren Papikyan kabinetlərdə oturan əsgərlər məsələsini qaldırıb və bildirib ki, bundan sonra kabinetdə heç bir əsgər oturmayacaq və hamı sərhədə getməlidir.

azdin.az  xəbər verir ki, bunu “Joqovord” gündəlik qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi məmurlar Papikyanın bu əmrinə tane olmağa çalışıblar. Ermənistanın müdafiə naziri həmçinin rəislərin arvadlarını işə götürdüyü xəbərindən sonra bütün şöbələri yoxlatdırmağa başlayıb.

 

Paylaş