Qarabağda məskunlaşan qeyri-qanuni erməni hərbi birləşmələrinin 2 hərbçisi ölümcül yaralanıb.
Korrupsiya.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat dərc edib.
Avqustun 8-də silahdan (partlayıcı maddələrdən) istifadə qaydalarının pozulması və təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində Müdafiə Qüvvələrinin müqavilə əsasında xidmət edən hərbi qulluqçuları Qurgen Alyoşay Danielyan və Artur Yuriki Aruşanyan yaralanıb.
Yaralıların vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda qeyd olunub.