President Donald Trump listens during an event on Operation Warp Speed in the Rose Garden of the White House, Friday, Nov. 13, 2020, in Washington. (AP Photo/Evan Vucci)

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Floridadakı malikanəsində nüvə silahları ilə bağlı məxfi sənədləri axtarıb.

Korrupsiya.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazır.

Nəşr qeyd edir ki, nüvə silahları ilə bağlı materiallar xüsusilə məxfidir, adətən hökumət rəsmilərinin məhdud dairəsi üçün əlçatandır. ABŞ Ədliyyə Departamentinin keçmiş nümayəndəsinin fikrincə, məxfi sənədlərin sızdırılması ölkənin təhlükəsizliyinə ciddi ziyan vura bilər.

Qeyd edək ki, bir neçə gün öncə FTB Trampın Floridada yerləşən “Mar-a-Laqo” malikanəsində axtarış aparmışdı.

Paylaş